17 / 100

Gizlilik Qaydaları

1. Sizin Məxfiliyinizə Təminatımız

Fabrikdən Evə müştərilərinin məxfiliyini qorumağı öhdəliyinə götürür. Fabrikdən Evə məxfilik qaydaları (“Məxfilik Qaydaları”) bizim saytımız (“Veb səhifələrimiz”) həmçinin bizim nəzarətimizdə olan sosial şəbəkə səhifələri (“Sosial şəbəkə səhifələrimiz”), Veb səhifə daxil olmaqla (“Sayt”), və sizə göndərdiyimiz HTML formatlı email mesajlardan onlayn yaxud offlayn olaraq topladığımız və ya bizə göndərdiyiniz bütün şəxsi məlumatları əhatə edir. Saytlara daxil olmaqla siz bu Məxfilik Qaydalarında göstərilən maddələri qəbul etmiş olursunuz. Əgər şərtlərin hər hansi biri ilə razı deyilsinizsə veb səhifədən istifadə etməməyiniz və ya heç bir şəxsi məlumat ötürməməyiniz xahiş olunur.

2. Şəxsi Məlumatlar

Hansı şəxsi məlumatları toplayırıq?

Şəxsi məlumatlar” dedikdə sizin şəxsiyyətinizi müəyyənləşdirə biləcək aşağıdakı məlumatlar və ya məlumat parçaları başa düşülür:

  • Ad
  • İstifadəçi adı
  • Poçt ünvanı (ödəmə və göndəriş indeksləri daxildir)
  • Telefon nömrəsi (ev və mobil əlaqə nömrələri daxildir)
  • Email adresi
  • Kredit və debit kart nömrəsi
  • Profil fotosu
  • Sosial şəbəkə hesabı
  • Ekran adı
  • Alış-veriş vərdişləri
  • Tərcihlər
  • Yaşadığı ölkə
  • İP ünvanı
  • Məktəb adı və ünvanı
  • Şirkət adı və ünvanı
  • Üstünlük verilən təhsil kursları
  • Brauzer və cihaz məlumatları
  • Server daxili fayl məlumatları
  • Kukilər, piksel teqlər və digər texnologiyalar vasitəsilə toplanan məlumatlar
  • Demoqrafik informasiya və verdiyiniz digər məlumatlar
  • Olduğu yer haqqında məlumatlar
  • Ümumiləşdirilmiş məlumatlar

Şəxsi məlumatları necə toplayırıq?

Biz və provayderlərimiz şəxsi informasiyaları aşağıdakılar da daxil olmaqla müxtəlif yollarla əldə edirik:

  • Saytlar vasitəsilə: Biz Şəxsi Məlumatları Saytlar vasitəsilə əldə edə bilərik (məs., siz bülleten üçün qeydiyyatdan keçdiyiniz və ya ödəmə etdiyiniz zaman).
  • Offlayn: Siz müştəri xidmətlərinə müraciət etdiyiniz zaman şəxsi məlumatlarınızı offlayn üsulu ilə əldə edə bilərik.
  • Digər mənbələrdən: Sizin şəxsi məlumatlarınızı digər mənbələrdən – ictimai verilənlər bazasından; müştərək marketinq ortaqlarımızdan; sosial media platformalarından; sizin dostunuz olan yaxud sosial şəbəkə platformasından tanıdığınız insanlardan; həmçinin digər üçüncü şəxslərdən əldə edə bilərik. Məsələn, siz sosial şəbəkə hesabınız vasitəsilə veb səhifədəki hesabnıza qoşulduqda sosial şəbəkə hesabınızdakı müəyyən məlumatlar bizimlə paylaşılacaq. Bunlara sizin və ya dostlarınızın profillərində olan şəxsi məlumatlar da daxildir.
  • Brauzer yaxud cihazınız vasitəsilə: Müəyyən məlumatlar sizin brauzeriniz yaxud avtomatik olaraq cihazınız vasitəsilə əldə edilir. Biz bu məlumatları statistik məqsədlərlə, həmçinin Saytın düzgün işləməsini yoxlamaq məqsədilə toplayırıq.
  • Server daxili fayl məlumatları vasitəsilə: Sizin “IP Ünvanı”nız İnternet Server Provayderiniz tərəfindən kompyuterinizə, yaxud istifadə etdiyiniz cihaza avtomatik olaraq təyin edilir. İstifadəçi Sayta daxil olduqda IP Ünvanı müəyyənləşdirilərək ziyarət vaxtı və ziyarət edilən səhifələrlə birlikdə bizim server fayllarımıza daxil edilir.
  • Kukilər vasitəsilə: Kukilər veb serverə məlumat saxlama və digər məqsədlərlə informasiyanı kompyuterə və digər cihaza ötürməyə imkan verir. Kukilər vasitəsilə məlumatlarınızın əldə edilməsini istəmirsinizsə, əksər brauzerlərdə olan sadə proseduru tətbiq etməklə onların istifadəsindən imtina edə bilərsiniz. İstifadə etdiyimiz kukilər və istifadə məqsədləri haqqında ətraflı məlumat üçün Kuki Qaydaları mızla tanış olmağınız xahiş olunur.
  • Sizdən: Doğum tarixi, cinsiyyət, poçt indeksi, həmçinin digər məlumatlar (məs., üstünlük verdiyiniz ünsiyyət vasitələri və s.) siz könüllü olaraq təqdim etdikdə saxlana bilər.
  • Olduğunuz yer: Cihazınızın olduğu yeri təyin edə bilərik.

Bəzi hallarda Saytımız vasitəsilə edilən onlayn satış və ianələri isiqamətləndirmək məqsədilə biz üçüncü şəxs ödəmə xidmətindən istifadə edə bilərik. Bu zaman sizin şəxsi məlumatlarınız biz yox, həmin üçüncü şəxs(lər) tərəfindən əldə olunur və məlumatlar bu Qaydaların deyil, Üçüncü şəxsin məxfilik qaydalarının subyekti olur. Bizim üçüncü şəxs(lər)in məlumatlarınızdan istifadəsi və onları açması üzərində nəzarətimiz yoxdur və buna görə məsuliyyət daşımırıq.


Məlumatları necə istifadə edirik?

Şəxsi məlumatları aşağıdakı məqsədlər üçün istifadə edə bilərik:

Sizin sorğularınıza cavab vermək və tələblərinizi icra etmək üçün (məs., bülletenlərin göndərilməsi və sualların və şərhlərin cavablandırılması).

İnzibati məlumatların (Saytda, şərtlərdə və qaydalarda olunan dəyişikliklər) sizə çatdırılması məqsədilə. Bu məlumatlar Saytların istifadəsi üçün önəmli olduğundan, bunları qəbul etməkdən imtina oluna bilməz.

  • Sizin onlayn alış və ianələrinizi yerinə yetirmək və (ya) tamamlamaq üçün. Bu proseslərə ödəmə əməliyyatlarının istiqamətləndirilməsi, sifarişinizin sizə çatdırılması, aldığınız məhsulla bağlı sizinlə danışıqların aparılması və müvafiq müştəri xidmətləri ilə sizi təmin etmək daxildir.
  • Məhsullarımızla bağlı yenilik və reklam xarakterli məlumatlarla sizi təmin etmək, sizi xüsusi proqram və kampaniyalarda iştiraka dəvət etmək üçün.
  • Müvafiq saytda müəyyən edilmiş qaydada sizinlə Saytlardakı digər müştərilər arasnda əlaqə yaratmaq üçün.
  • Sizin məlumat və materiallar göndərə biləcəyiniz çatlarda, profil səhifələrində, bloqlarda və bu kimi digər servislərdə (bizim sosial şəbəkə səhifələrimiz də daxildir) iştirakınıza şərait yaratmaq üçün.
  • Biznes məqsədlərimiz üçün – işlərimizin analizi və idarə edilməsi, bazar araşdırması, audit, yeni məsulların təkmilləşdirilməsi, istifadə trendlərinin müəyyən olunması, reklam kampaniyalarımızın effektivliyinin yoxlanması, Saytların təcrübə və sizin onlar üzərindəki fəaliyyətinizin məzmununa əsasən uyğunlaşdırılması, müştəri məmnunluğunun təmin edilməsi və müştəri xidmətlərinin göstərilməsi məqsədilə (müştərilərin problemlərinin həll edilməsi daxil olmaqla).
  • Biz məlumatları statistik məqsədlərlə, həmçinin Saytın düzgün işlədiyini yoxlamaq məqsədilə istifadə edirik.
  • Kukilərin istifadə məqsədləri haqqında ətraflı məlumat üçün Kuki Qaydaları mızla tanış olmağınız xahiş olunur.
  • Biz sizin cihazlarınızın olduğu yeri olduğunuz yerə əsasən xidmət və məzmunla sizi təmin etmək məqsədilə müəyyən edə bilərik. Həmçinin, sizin olduğunuz yeri gördüyünüz reklam məlumatları və əldə etdiyimiz digər informasiyalarla birlikdə sizə daha xüsusliləşdirililmiş xidmət göstərmələri və reklam kampaniyalarımızın effektivliyini yoxlamaq məqsədilə marketinq ortaqlarımıza bildirə bilərik.
  • Lazım və müvafiq olaraq: (a) rezidenti olduğunuz ölkədən başqa ölkənin tətbiq olunan hüqüqu əsasında; (b) hüququ prosesə yerinə yetirmək üçün; (c) rezidenti olduğunuz ölkədən kənar ölkələrin dövlət və ictimai qurumlarının sorğularına cavab vermək üçün; (d) bizim şərtlərimizi həyata keçirmək üçün; (e) bizim və tərəfdaşlarımızın əməliyyatlarını qorumaq üçün; (f) bizim, tərəfdaşlarımızın, sizin və digərlərinin hüquqlarımızı, gizliliyi, təhlükəsizlik və mülkiyyəti qorumaq üçün; və (g) bizə mümkün vasitələri axtarmaq və çəkə biləcəyimiz zərəri məhdudlaşdırmaq üçün.
  • Sizin şəxsi məlumatlarınız Embahome tərəfindən ilk öncə sizin sifarişlərinizin tamamlanması və sifariş etdiyiniz məhsul və xidmətlərlə təmin edilməyiniz üçün, həmçinin müştəri xidmətləri və marketinq fəaliyyəti üçün qorunacaq. Heç bir biznes ortağı sizin məlumatlarınızı şəxsi maraqları üçün əldə etməyəcək. Nəzərə alın ki, iddialar üzrə mütəxəssilər və biznes ortaqları vaxtaşırı dəyişə bilərlər. Embahome sizin məlumatlarınızı məxfilik və məlumatların qorunması haqqında müvafiq qanunvericiliyə uyğun olaraq istifadə edir.Biz əməliyyatlara cəlb edilən üçüncü şəxslərin qorunması üçün bütün lazımi tədbirləri görəcəyik. Saytla bağlı istifadə etdiyimiz bütün gələcək xostinq/prosessinq təşkilatlarının da eyni cür etmək öhdəliyi olacaq.

3. Təhlükəsizlik

Biz Şəxsi Məlumatları nəzarət altında saxlamaq üçün ağlabatan təşkilati, texniki və inzibati tədbirlərdən istifadə edirik. Təəssüf ki, İnternet vasitəsilə heç bir məlumat ötürülməsinin və ya məlumat saxlanmasının təhlükəsizliyinə 100% zəmanət vermək olmur.

Əgər sizin bizimlə danışıqlarınızın artıq təhlükəsiz olmadığını düşünməyə əsasınız varsa, (məsələn, əgər siz bizimlə olan hər hansı hesabınızın təhlükədə olduğunu hiss edirsinizsə), xahiş edirik “Bizimlə Əlaqə” bölməsindəki forma vasitəsilə bizi dərhal problem barədə məlumatlandırasınız.

4. Giriş, Dəyişiklik və Seçimlər

Biz sizə Şəxsi Məlumatlarınızdan marketinq məqsədləri üçün istifadə və açıqlanması ilə bağlı çoxlu seçimlər veririk.

  • Əgər siz nə vaxtsa bizdən gələn marketinq kommunikasiyalarını dayandırmaq istəsəniz, bunun ən asan yolu bizdən aldığınız marketinq kommunikasiyalarındakı abunəlikdən çıxmaq xidmətindən istifadə etməkdir. Siz həmçinin “Bizimlə Əlaqə” bölməsində qeyd olunan əlaqə məlumatlarından istifadə etməklə bizi elektron məktub, zəng və ya məktubla məlumatlandıra bilərsiniz. Öz xahişinizdə marketinq kommunikasiyalarını dayandırmaq istədiyinizi qeyd edin.
  • Bundan əlavə, biz sizdən öz şəxsi Məlumatlarınızın üçüncü şəxslərin birbaşa marketinq məqsədləri üçün paylaşılmaması barədə tələb alsaq, sizin Şəxsi Məlumatlarınızı üçüncü şəxslərə, o cümlədən öz törəmə müəssisələrimizə, açıqlamayacağıq. Əgər siz bizə belə bir tələb təqdim etmək istəsəniz, xahiş edirik bizi “Bizimlə Əlaqə” bölməsindən istifadə etməklə məlumatlandırasınız. Xahiş edirik aydın şəkildə qeyd edəsiniz ki, siz öz Şəxsi Məlumatlarınızın bizim törəmə müəssisələrə və/və ya digər üçüncü şəxslərə onların bilavasitə marketinq məqsədləri üçün açıqlanmasını istəmirsiniz.

Xahiş edirik nəzərə alasınız ki, dəyişikliklər dərhal həyata keçməyəcək. Biz çalışacağıq ki, sizin tələblərinizi praktiki cəhətdən mümkün qədər tez, ancaq heç bir halda tələbin alınmasından 30 gündən gec olmamaqla yerinə yetirək. Xahiş edirik həmçinin nəzərə alasınız ki, siz marketinqlə bağlı mesajların alınmasını dayandırdıqdan sonra da biz sizə vacib inzibati mesajları göndərməyə davam edə bilərik və siz inzibati mesajları almaqdan imtina edə bilməzsiniz.

  • Əvvəllər bizə təqdim etdiyiniz şəxsi məlumatları nəzərdən keçirmək, düzəltmək, yeniləmək, bağlamaq, silmək və ya hər hansı halda məhdudlaşdırmaq üçün “Bizimlə əlaqə” formasından istifadə etməyiniz və tələbinizi aydın şəkildə ifadə etməyiniz xahiş olunur. Xahiş olunur, öz tələbinizdə hansı informasiyanın dəyişdirilməsini, öz şəxsi məlumatınızı bizim məlumatlar bazasında silinməsini istəyib istəməməyinizi və ya başqa hər hansı məhdudiyyətlər qoyulmağını istədiyinizi aydın şəkildə qeyd edin.

Biz sizin tələbinizi mümkün ən qısa zamanda yerinə yetirməyə çalışacağıq. Qeyd edək ki, bizim səylərimizə baxmayaraq bəzi qalıq məlumatlar məlumat bazasında və başqa qeydlərdə qala bilər, və onlar silinmir və dəyişdirilmir. Əlavə olaraq, nəzərə alın ki, qeydlərin aparılması məqsədləri üçün biz müəyyən məlumatları saxlaya bilərik və / və ya sizin dəyişiklik və ya silinmə ilə bağlı tələbinizdən öncə başladığınız hər hansı əməliyyatı tamamlaya bilərik (məsələn, siz alış və ya reklam daxil etdiyiniz anda Şəxsi Məlumatlarınızı bu alış və ya reklam tamamlananadək dəyişdirə və ya ləğv edə bilməzsiniz).

5. Üçüncü Şəxs Saytlar

Məxfilik Qaydaları Fabrikdən Evə Saytında olan linklərin idarəçiləri də daxil olmaqla hər hansı üçüncü şəxsin məxfiliyi, məlumatları və ya digər təcrübələri üçün nəzərdə tutulmur və biz həmin məlumatlara görə məsuliyyət daşımırıq. Hər hansı linkin Fabrikdən Evə Saytına daxil edilməsi link saytının biz və ya tərəfdaşlarımız tərəfindən qəbul edilməsinə səbəb olmur.

Əlavə olaraq biz sizi üçüncü şəxs funksionallığı ilə təmin edə bilərik və bu sizə sosial şəbəkə hesabınıza məzmun paylaşmaq imkanı verəcək. Nəzərə alın ki, bu funksionallıq vasitəsilə verdiyiniz məlumatlar bu Qaydalarla deyil, müvafiq üşüncü şəxslərin məxfilik qaydaları ilə tənzimlənir. Bu funksionallıq vasitəsilə verdiyiniz məlumatlar üzərində nəzarətimiz və məsuliyyətimiz yoxdur.

Biz həmçinin sizin Facebook, Apple, Google, Microsoft, RİM və ya hər hansı proqram təkmilləşdiricisi, proqram təminatçısı, sosial media platforması təminatçısı, əməliyyat sistemi təminatçısı, simsiz xidmət təminatçısı və ya cihaz istehsalçısı kimi digər qurumlarda olan, sizin Şəxsi Məlumatlarınızı Proqramlar və Sosial Media Səhifələri vasitəsilə daxil etdiyiniz digər qurumlar da daxil olmaqla, məlumatların və təcrübələrin (məlumat təhlükəsizlik təcrübələri daxil olmaqla) yığılmasında, istifadəsində və açıqlanmasında məsuliyyətli deyilik.

6. Yetkinlik Yaşına Çatmayanlar Tərəfindən Səhifələrdən İstifadə

Əgər sizin yaşınız 16-dan böyük, 18-dən kiçikdirsə, siz valideyniniz və ya himayəçiniz ilə birlikdə Məxfilik Qaydalarının şərtlərini nəzərdən keçirib əmin olmalısınız ki, hər ikiniz bu şərtləri başa düşürsünüz. Biz öz isifadəçilərimizin yaşını müəyyənləşdirməyə məsul olmasaq belə bununla bağlı doğrulama yoxlamaları apara bilərik. Əgər öyrənsək ki, 16 yaşından kiçik şəxslər haqqında onların valideyninin icazəsi olmadan məlumat toplamışıq, bu halda həmin informasiyanı ən qısa zamanda siləcəyik və biz bu şəxsin müvafiq veb-səhifələrə çıxışını əngəlləyə bilərik.

Biz, böyüklər tərəfindən alınması üçün uşaqlar üçün proqramlar təklif edirik. Uşaqların məxfiliyinin qorunması məqsədilə bu proqramlardan biri üçün bron etmək və ya broşüra sifariş etmək istəyən, 18 yaşından aşağı hər hansı istifadəçidən valideyn icazəsi tələb edirik.

7. Həssas Məlumatlar

Biz ümumilikdə sizdən səhifələr vasitəsilə hər hansı həssas şəxsi məlumatları (məsələn, irqi və ya etnik mənsubiyyətlə bağlı məlumat, siyasi görüşlər, dini və ya digər inanclar, sağlamlıq və ya tibbi vəziyyət, əvvəllər cinayət törətməsi və ya həmkarlar ittifaqına üzv olması) bizə göndərməməyinizi və açıqlamamağınızı xahiş edirik. Xüsusi istisnalarda, məsələn sığorta sorğusunda biz sizə bunu necə daha təhlükəsiz etməli olduğunuzu izah edəcəyik.

8. Məxfilik Məlumatlarinin Yenilənməsi

Biz bu Məxfilik Məlumatlarını dəyişə bilərik. Xahiş edirik, bu Məxfilik Məlumatlarının ən son nə zaman işləndiyinə baxmaq üçün bu səhifənin əvvəlində əks olunan “Son yenilənmə” hissəsinə nəzər yetirin. Bu Məxfilik Məlumatlarına edilmiş hər hansı dəyişiklik bizim yenidən işlənmiş Məxfilik Məlumatlarını səhifədə yüklədiyimiz andan qüvvəyə minəcəkdir. Sizin bu dəyişiklikləri izləyərək səhifələrdən istifadə etməyiniz həmin yenidən işlənmiş Məxfilik Məlumatlarını qəbul etdiyiniz anlamına gəlir.

9. Bizimlə Əlaqə


Xahiş edirik, bu Məxfilik Məlumatları ilə bağlı hər hansı sualınız, şərhiniz və ya narahatlığınız olduğu təqdirdə bizimlə əlaqə saxlamaqdan çəkinməyin. Sizin aşağıda göstərilənlərlə bağlı bizə müraciət etmək hüququnuz var:

  • Gələcəkdə bizim sizinlə əlaqə yaratmağımızı istəmirsinizsə;
  • Bizdə sizin haqqınızda hansı məlumatların olduğunu öyrənmək, sizin haqqınızda saxladığımız şəxsi məlumatların bir nüsxəsini istəyirsinizsə (Sizdən tələb olunan məlumatların təmin edilməsi məqsədilə bizim sərf etdiyimiz vaxt, poçt ödənişləri və çatdırılma və qaytarılma xərclərini ödəmək üçün inzibati ödəniş tələb oluna bilər)
  • Sizin haqqınızda saxladığımız hər hansı bir şəxsi məlumatın natamam, qeyri-dəqiq, tarixi keçmiş və ya əlaqəsiz olduğunu hesab edirsinizsə;
  • Məxfilik Məlumatları ilə bağlı hər hansı pozuntu haqqında məlumat vermək istəyirsinizsə.

Əgər sizin bu Məxfilik Məlumatları ilə bağlı hər hansı sualınız və ya şikayətiniz varsa, xahiş edirik keçidə daxil olun. Biz sizin tərəfinizdən hər hansı şikayət daxil olduqdan sonra ən qısa zamanda şikayətlə bağlı araşdırma aparacaq və öz qərarımız haqda sizi məlumatlandıracağıq.