Fabrikdən Evə Logo

Biz kimik?

Mebel istehsalında ən müasir texnologiya və ölkə şəraitində ən peşəkar komandası ilə fəaliyyət göstərən, “Diamond Group Azerbaijan LLC” şirkətiyik.
1 May 2020 tarixinədək, yalnız korporativ mebel sifarişi üzrə istehsal həyata keçirən şirkət artıq pərakəndə sektorda da öndəgələn şirkətlərin arasında olmağı hədəfləyir. Bu məqsədlə, “Fabrikdən Evə” brendini yaradıb.

Haqqımızda
Diamond Glass Azerbaijan MMC şirkəti tikinti və şüşələmə sahəsində uzunmüddətli təcrübəyə malik maliyyə mütəxəssisləri tərəfindən yaradılıb. Şirkətin yaradılmasında məqsəd ölkənin inşaat sektorunda fəaliyyət göstərən müəssisələrin şüşələmə ehtiyaclarını aradan qaldırmaq və çətin layihələrdə onlara öz dəstəyimizi göstərmək olub. Son illər ərzində şüşələmə sistemlərini təchiz etməklə yanaşı, şirkətimiz əməkdaşlıq etdiyi müəssisələrə şüşələmə və fasad sistemləri ilə bağlı öz tövsiyələrini də verir. Artıq şirkətimiz regionda şüşələmə üzrə konsaltinq xidmətləri təmin edən aparıcı müəssisələrdəndir. Buna misal olaraq, şirkətimiz Rusiyadan, Gürcüstandan və Türkiyədən olan şirkətlərin layihələrində onlara öz tövsiyə və dəstəyini göstərmişdir. Şirkətimizin beynəlxalq şirkətlər və donorlarla kompleks tikinti layihələri təcrübələri də var. Bu layihələrlə yaxından tanış olmaq üçün lütfən, vebsəhifəmizin Layihələr bölməsinə baxın.

Dəyərlərimiz
Biz DGA şirkəti olaraq, ədalətli rəqabət prinsiplərinə sadiqliyimizə görə tanınırıq. Layihələri yerinə yetirərkən, tərəfdaşlarımızın dəyərlərinə hörmət etmək, möhlət müddətlərinə riayət etmək, bizə göstərilən etimadı doğrultmaq, rəqiblərimizlə etika qaydaları çərçivəsində rəqabət aparmaq əsas prinsiplərimizdir. Ədalətli rəqabət prinsiplərinə sadiq olan şirkətimiz ədalətsiz üstünlük qazanmağın əleyhinədir və bu mövqeyimizi fəaliyyətimizdə də nümayiş etdiririk. Layihə zamanı yaranan texniki çəkinliklərdən çəkinməyərək, ortaya çıxan problemləri həll etmək üçün tərəfdaşlarla işbirliyi çərçivəsində bütün səyləri göstəririk.

Müştəri Məmnuniyyəti Əsas Hədəfimizdir
DGA şirkəti olaraq, layihə planlaşdırmasına hər zaman ciddi yanaşırıq. Eyni vaxtda həyata keçirilən müxtəlif layihələrin planlaşdırılaraq vaxtında icra edilməsi əsas üstünlüklərimizdəndir. Biz təkcə layihənin təhvil verilməsinə qədər deyil, təhvildən sonra da müştəri sorğularını cavablandırır və keyfiyyətlə bağlı yaranan suallara aydınlıq gətiririk. Etibarlı tərəfdaş kimi ad qazanmış DGA, müştərilərindən daim müsbət rəy almışdır. Barəmizdə verilmiş tövsiyə məktubları ilə aşağıda tanış ola bilərsiniz.

Lisenziya

“Diamond Glass Azerbaijan” MMC şirkəti Azərbaycan Respublikası İqtisadiyyat Nazirlinin 02 Oktyabr 2018 ci il tarixli və İNIL-421/2018 saylı lisenziyasına əsasən aşağıda qeyd olunan tikinti xidmətlərini göstərmək hüququna malikdir.

Xüsusi torpaq işləri

Ankerlərin torpağa bərkidilməsi və binaların “torpaqda divar” üsulu ilə tikilməsi

Enmə quyuların və kessonların qurulması

Beton və dəmir-beton konstruksiyaların quraşdırılması

Metal konstruksiyaların quraşdırılması

Ağac konstruksiyaların quraşdırılması

Fasad işləri

Mühəndis-kommunikasiya və şəbəkələrinin qurulması işləri

Xüsusi qurğuların tikintisi və quraşdırılması

Elektrik ötürücü xətləri

Sənaye və mülki obyektlərin tikintisi

Aşırımı 24 metrədək olan sənaye və mülki obyektlərin tikintisi

Aşırımı 24 metr və daha çox olan sənaye və mülki obyektlərin tikintisi

Hündürlüyü 60 metrədək olan sənaye və mülki obyektlərin tikintisi

Hündürlüyü 60 metr və daha çox olan sənaye və mülki obyektlərin tikintisi

Tutumu 5000 nəfərədək olan sənaye və mülki obyektlərin tikintisi

Tutumu 5000 nəfər və daha çox olan sənaye və mülki obyektlərin tikintisi

Bu lisenziya, tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işlərini daha etibarlı əsasda icra etməyimizə zəmin yaradır. Bununla yanaşı şirkətimiz şüşə ilə bağlı bütün layihələrdə əməkdaşlıq etdiyi firmalara öz dəyərli tövsiyyələrini verməkdə davam etdirir.

Saytda cookie-fayllar və digər analoji texnologiyalardan istifadə olunur.