İLK MÜSAHİBƏMİZ

Azərbaycanda, bir çox mebel şirkətlərinin sezon başlanğıcında cazib endirim kampaniyalarının şahidi oluruq. 20-25-30% hətta müəyyən vitrin mebellərində 60-70% Endirim tətbiq olunur.

Bu dəfə isə sizə, Diamond Group Azerbaijan LLC nəznində qurulmuş ‘Fabrikdən Evə’ layihəsini təqdim edirik. Belə ki, şirkət 1 May 2020’yə qədər yalnız korporativ sahədə fəaliyyət göstərmişdir.

Koronavirus pandemiyası, şirkətin siyasətində müəyyən əlavələr etməyə səbəb olmuşdur. Artıq, şirkət pərakəndə sektorunda da vacib iştirakçılardan olmaq niyyətindədir. Belə ki, online mağaza FabrikdenEve.az layihəsinə başlamış və 1 İyul tarixində müştərilər üçün xidməti əlçatan edəcəyini bildirmişdir.

Bununla belə, Siz fabrikdeneve sosial şəbəkəsi vasitəsiylə zaman itirmədən sifariş verəbilərsiniz. Həm də, internetdə gördüyünüz istənilən, klassik, modern, avangard modellərin Fabrikdən Evə vasitəsiylə istehsal edilməsinə və Sizə çatdırılma, quraşdırmasına nail olabilərsiniz.

Ən əsası, Vital Real-da yayımlanmasına səbəb olan xüsusiyyəti odur ki, Siz bütün mebelləri ‘Fürsətin Koronası’ kampaniyası zamanı ‘İstehsal Qiymətinə’ sahib olabilərsiniz. Mebel almaq istəyən şəxslərin bu mükəmməl fürsətin qaçırmaması tövsiyə olunur.

Sifariş mərhələsi isə belədir: Siz instagram vasitəsiylə Müştəri Xidmətlərinə sorğu göndərirsiniz. Sorğuda, bəyəndiyiniz mebelin şəkili və sizə lazım olan, Rəng, Ölçü və digər məlumatları bildirirsiniz. Fabrikdən Evə Əməkdaşı Sizə istehsal müddəti, istehsal məbləğini qeyd edir.
Razı olduğunuz halda, Yalnız ümumi məbləğin 5%’ni ödəyərək sifariş edəbilərsiniz.

Məsələn: 10 000 manatlıq bir mebeli, sadəcə 500 AZN ödəniş edərək istehsal etdirə bilərsiniz. Bu ki, inanılmazdır.

Gələk, əsas məsələyə. Biz şirkətin əməkdaşına bununla bağlı Sizin olası narahatlığınızı bildirdik. Tutalım, müştəri 500 AZN ödədi və, mebeli bəyənmədi. Onda necə? Bizə məntiqli bir cavab verildi.

Əgər, istehsaldan qaynaqlanan hansısa keyfiyyət barədə bir narazılıq, yalnış rəng, ölçü olarsa məbləğ tam geri qaytarılır.

Əgər, müştərinin hansısa mexaniki səhvi yaxud rəng xətası olubsa, mümkün olan bütün gücümüzü sərf edərək istənilən düzəlişi ödənişsiz yaxud ən minimal məbləğdə həll edirik.

Əgər müştərinin özündən qaynaqlanan hansısa səbəbə görə, birbaşa imtina etməsi halı yaranarsa, təəssüf ki geri ödəmə mümkün olmur. Müştərilərimiz də anlayış göstərər ki, biz sadəcə istehsal xərcinə mebel satışı həyata keçiririk. Bu halda, istehsal olunmuş mebelin xətasız olduğu halda satın alınmaması bizim üçün də problem təşkil edir.

Bizi maraqlandıran bir digər suallara isə, şirkət əməkdaşı belə cavabladı. Qısa-qısa sizə təqdim edirik;

  • VR: Müştəri necə inanabilər ki, Siz həqiqətən istehsal qiymətinə mebel təklif edirsiniz? Nəzərə alsaq ki, indi bir çox sizin kimi şirkətlər var. Sizə niyə güvənsinlər ki?

    – Bu çox sadədir. İstənilən mebelin şəklini, varsa texniki şəklini təqdim etsin. Və, bizdən qiymət təklifi alsın. Qiymətin qarşılaşdırılması və qərar müştərimizə aiddir. Digər məsələyə gəlincə, biz bu barədə özümüzü korporativ sahədə sübut etmişik. İnanırıq ki, pərakəndə sektorda da, adımızdan söz etdirəcəyik.
  • Qiymət həqiqətən hiss edilən dərəcədədir? Bəs, şirkətiniz istehsal qiymətinə mebel sataraq nə qazanacaq? Məsələn 10 000 AZN dəyərindəki salonunda satılan mebeli siz neçəyə təklif edərsiniz?

    – Bəli. Ən az, 20%. Şirkətimizin ən böyük üstünlüyü, korporativ sahədəki çox saylı sifariş istehsal qabiliyyətidir. Eyni zamanda, minimal xərc, minimal məhsul dəyəri prinsipi ilə işlədiyimiz üçün, reklam, mağaza və digər xərclərdən yayınır. Qazancımız, istehsalın 7/24 davam etməsi və pandemiya şəraitində də əməkdaşlarımızın maaşını bu şəkildə qarşılamaqdır. Pərakəndə sektorda, gəlir qazanmağı hazırda düşünmürük. Bu isə, öz növbəsində vətəndaşlar, müştərilərimiz üçün yaxşı fürsətdir. Beləliklə, mebellərimizin keyfiyyəti ilə qiyməti arasında uçqun fərq yaranır. Dövlət layihələri, xarici ölkələrə ixracımız da keyfiyyətimizin hansı vəziyyətdə olduğunu ortaya qoyur. Yəqin ki, sualınıza ən başda cavab verəbildik. Xatırladım ki, ölkəmizdə mebellərin qiyməti olduqca yüksəkdir. Bu da, yayındığımız faktorlardan irəli gəlir. Biz, sosial şəbəkədən sifariş almağa qərar verərkən belə, minimal xərc prinsipini qoruyuruq.
Mehsullar
İLK MÜSAHİBƏMİZ
Fabrikden Eve İstehsal sahəsi
İLK MÜSAHİBƏMİZ
  • Siz özünüz mebeli hardan almısınız?
    – Başqa bir şirkətdən. Yerli, məşhur şirkətdən.
  • (Kinayəli Gülüş) Bəs niyə? Özünüzə rəva bilmədiyinizi, indi niyə müştərilərinizə satmağa çalışırsınız?

    – Mən evimə ən son 2016-cı ildə mebel almışam. Bu şirkətə isə, 2018-ci ildə gəlmişəm. Ancaq, tam səmimiyyətimlə deyə bilərəm ki, öz uşağım üçün yataq alacam. Digər tərəfdən, şirkətin ən çox güclü tərəfi, keyfiyyət – qiymət müqayisəsindədir. Müştərimiz, istehsal sahəmizə gələbilər və bütün bu danışdıqlarımızın əyani sübutunu yerindəcə görəbilər.
  • Sifariş etmək istəməyən, yada ki, tərəddüdlü olan ziyarətçilər qarşı ‘istənilməyən qonaq’ rəftarı ilə qarşılaşmayacaq ki? Əgər bu yazımızdan ilhamlanaraq Sizi ziyarətə gələn və xoşagəlməz halla qarşılaşan biri bizə yazarsa, yayımlayacağımızı vurğulayım. Bu Sizə qəbuldur?

    – Biz də bu xalqın nümayəndəsiyik. Qonaqpərvər və özünə güvənən komandamız var. Gəlmək istəyən hər bir şəxs, istər sifariş versin istərsə də, bu baxımdan tərəddüdlü olsun ziyarətimizə gələ bilər. Başımızın üstündə yeri var. Hər bir, mədəni ziyarətçimizin qayğısına qalacağımıza söz verirəm. Şəxsən, mən bu barədə Sizin açıq sualınıza cavab verməyə hazıram. Ümid edirik ki, belə bir hal yaranmayacaq. Ancaq, olsa belə biz bu hadisəni mütləq ki, ədalətli şəkildə həll edəcəyik.
  • Çatdırma və quraşdırma qiymətlər daxil olur? Yoxsa, qiyməti deyib, sifarişi alandan sonra əlavələr edirsiniz?

    – Qiyməti təklif edərkən bu qeyd olunur. Ancaq, sual FÜRSƏTİN KORONASI kampaniyasından gedirsə, bəli daxildir.
  • Biraz narahat oldunuz deyəsən. Əsəbləşmiş kimi görünürsünüz. Üzrlü sayın, artıq bizim sualımız qurtardı. Ancaq, müsahibəni oxuduqdan sonra potensial müştərinizdə sual yaranarsa, haradan cavablamağı düşünürsünüz?

    – (Gülümsəyir ama nigaran görünür.) Bəli, pis göstəricili şirkətlərlə bizi bir kəfəyə qoymağınız xoşuma gəlmədi. Kaş ki, bizim şirkətin istehsal qabiliyyəti, korporativ müştərilərimizi nəzərə alaraq daha fərqli suallar ilə danışmağa imkan yaradardınız. Məsələn, aylıq pərakəndə istehsal hədəflərimiz, kampaniyalarımız və.sairə.
  • Haqlı olduğunuzu düşünürəm, ancaq biz müştəriləriniz kimi Sizin şirkətin adını birinci dəfə eşitdik. Düşünürəm ki, kampaniyanızı nəzərdə saxlayıb, müştərilərinizin rəylərinə əsasən yenidən həm söhbət olaq. Sizə uğurlar arzulayırıq. Əgər dediklərinizi tətbiq etsəniz, yaxşı bir imkan yaradacığınız düşünürük. Hansısa, əlavəniz varmı?

    – Siz də, yeni xəbər saytısınız. Ümid edirəm ki, müəyyən vaxtdan sonra yalnız ödəniş müqabilində xəbər yazmazsınız. Bu kritik suallarınızı həmişə və hər bir firma nümayəndəsinə ünvanlaya biləsiniz. Minnətdaram, bizə vaxt ayırdığınız üçün. Sizin kimi, bizi mütəmadi izləyəcək və xidmətinizim keyfiyyətini artırmağa yönümlü addımlar atmağımıza səbəb olacaq jurnalist tanıdıq. Özünüzdən muğayat olun.
  • (Kinayəli Baxış) Siz də, bizi mütəmadi izləyin məncə. Çünki, vacib və həqiqi xəbər üçün Vital Real doğru ünvandır. Vurğuladığınız arzular əgər reallaşmasa, iradınızı cavablayacaq şəxs mən olmaram. Amma düşünmürəm ki, nəzərdə tutduğunuz kateqoriyaya daxil olarıq. Gəlin gələcəyi birgə gözləyək. Sağ olun.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Saytda cookie-fayllar və digər analoji texnologiyalardan istifadə olunur.