9 / 100

    İstifadəçi razılaşması

    ELEKTRON ALQI-SATQI MÜQAVİLƏSİ

                    

    Bir tərəfdən “Satıcı” adlandırılan “Diamond Group Azerbaijan” MMC (VÖEN: 2904422481) və digər tərəfdən “Alıcı” adlandırılan www.fabrikdeneve.com və ya

    www.fabrikdeneve.az saytının istifadəçisi {müştəri} aşağıdakılar barədə hazırki elektron alqı-satqı müqaviləsini bağladılar:

     

    1. Müqavilənin predmeti

    1.1. Alıcı www.fabrikdeneve.com/az  internet-mağaza səhifəsi üzərindən mebel məhsulunu (gələcəkdə “Mal” adlandırılacaq) seçir və sifariş edir, bunun müqabilində isə həmin məhsulun dəyərini Satıcıya ödəyir. Bu Müqavilə üzrə satılan malın adı, çeşidi, miqdarı, komplekt hissələri, qiyməti və ümumi dəyəri hazırki elektron alqı-satqı müqaviləsinin ayrılmaz tərkib hissəsi sayılan Zəmanət kitabçasında da göstərilir.

     

    2. Sifariş və alqı-satqı qaydaları

    2.1. Malın www.fabrikdeneve.com/az   internet-mağaza səhifəsi üzərindən sifarişi və alğı-satqısı yalnız adı çəkilən saytda müvafiq qaydada qeydiyyatdan keçmiş istifadəçilər tərəfindən edilə bilər. Malın sifarişi və alğı-satqısı aşağıdakı qaydada həyata keçirilir:

    – Saytda qeydiyyatdan keçmiş Alıcı orada yerləşdirilmiş məhsullardan istəyinə uyğun olanını seçir. Seçilmiş məhsulun sifarişi və alqı-satqısı hazırki Elektron alqı-satqı müqaviləsinin təsdiqlənməsi (aksept edilməsi) ilə edilir. Satıcı sifarişin təsdiqi haqqında bildirişi Alıcıya onun www.fabrikdeneve.com/az  saytında qeydiyyatdan keçərkən daxil etdiyi ya elektron poçt ünvanına, ya da telefon nömrəsinə qısa mesajla göndərir. Sifarişin təsdiqləndiyi vaxtdan etibarən 3 (üç) iş günü ərzində Satıcının əməkdaşı Alıcı ilə telefon vasitəsilə ilə əlaqə saxlayır və sifarişin detallarını (malın ödəniş şərtləri, çatdırılma müddəti və ünvanı və s.) dəqiqləşdirir.

     

    3. Müqavilənin dəyəri və hesablaşmalar qaydası

    3.1. Bu Müqavilə üzrə hesablaşmalar Azərbaycan manatı ilə nağd və nağdsız qaydada aparılır.

    3.2. Ödəniş nağd hesablaşmalar qaydasında mal təhvil verildiyi ünvanda, nağdsız qaydada isə kart vasitsilə online ödəniş etməklə və/və ya mal təhvil verildiyi ünvanda həyata keçirilir.

    3.3. Sifariş verilmiş mallar hər hansı bir səbəbdən Satıcı tərəfindən təmin edilə bilmədikdə Alıcıya elektron poçt ünvanına mail göndərməklə, yaxud telefon vasitəsilə bu barədə məlumat verilir və onun ödədiyi məbləğ 5 (beş) iş günü ərzində geri qaytarılır.

     

    4. Çatdırılma şərtləri

    4.1. Malın çatdırılması Satıcı tərəfindən həyata keçirilir. Malın çatdırılması məhsul sifariş verildikdən sonra 5 (beş) iş günü ərzində həyata keçirilir.

    4.2. Mal  {address}   ünvanına çatdırılır.

    4.3. Ünvanın yalnış qeyd edilməsinə və/və ya düzgün qeyd edilən ünvanda Alıcıdan asılı olan səbəblərə görə malın qəbul edilməməsinə görə məsuliyyəti Alıcı daşıyır. Belə hal baş verdiyi təqdirdə Alıcı Satıcıya 50 AZN məbləğində cərimə ödəyir.

    4.4. Alıcı malın onun bildirdiyi ünvanda quraşdırılmasından sonra digər şəxsin həmin məhsulu qəbul edib Təhvil Aktını imzalamasına razılıq verir.

    4.5. Malın təhvil-təslimi tərəflər və ya onların səlahiyyət verdikləri şəxslərin Təhvil Aktını imzalamaları ilə 2 mərhələdə həyata keçirilir – a). malın qablaşdırılmış şəkildə Alıcının qeyd etdiyi ünvana çatdırılmasından sonra və b). malın həmin ünvanda quraşdırılmasından sonra.

    4.6. Təhvil Aktı biri Alıcıda, digər ikisi isə Satıcıda qalmaq şərtilə 3 (üç) nüsxədə tərtib edilir.

     

    5. Malın keyfiyyətinə qarantiya şərtləri və müddətləri

    5.1. Satıcı mala 2 (iki) illik qarantiya müddəti verir. Qarantiya müddəti malın Alıcının ünvanına çatdırıldığı andan hesablanır.

    5.2. Satıcı yalnız malın fabrik qüsurlarına görə məsuliyyət daşıyır. Alıcı və ya üçüncü şəxslər tərəfindən maldan düzgün istifadə edilməməsi, mala qəsdən və ya ehtiyatsızlıqdan zərər vurulması ilə bağlı qüsurlara görə Satıcı heç bir məsuliyyət daşımır. Bu cür qüsurlar Alıcının istəyi ilə Satıcı tərəfindən yalnız haqqı ödənilməklə aradan qaldırıla bilər.

    5.3. Maldan istifadə qaydaları və zəmanətin digər şərtləri hazırki elekrton alqı-satqı müqaviləsinin ayrılmaz tərkib hissəsi sayılan Zəmanət kitabçasında qeyd olunmuşdur.

     

    6. Sifarişdən imtinanın şərtləri və nəticələri

    6.1. Alıcı müqaviləni aksept (təsdiq) etməklə sifarişi təsdiqlədiyi andan 7 (yeddi) iş günü ərzində cəriməsiz olaraq və səbəb göstərmədən sifarişdən imtina edə bilər, bir şərtlə ki, müqavilənin icarısına başlanılmamış olsun, yəni mal onun evində quraşdırılmamış və mala aid olan bütün sənədlər saxlanılmış olsun. Bu zaman məhsulun geri qaytarılması xərci çıxıldıqdan sonra məhsula görə ödənilən məbləğ Alıcıya qaytarılır. Müqavilənin icrasından imtina edilmə müddəti müqavilənin bağlandığı gündən hesablanır

    6.2. Lazımi keyfiyyətli malın öz formasına, ölçüsünə, fasonuna, rənginə görə istehlakçıya yaramırsa və ya digər səbəblərə görə təyinatı üzrə istifadə oluna bilməzsə, istehlakçının 14 (on dörd) gün ərzində onu alındığı yerdə uyğun mala dəyişdirmək hüququ vardır. Lazımi keyfiyyətli mal quraşdırılmayıbsa və onun əmtəə görünüşü, istehlak xassələri, plombu, yarlığı, həmçinin mala verilən kassa qəbzi və ya digər sənədləri saxlanılıbsa, bu hallarda o dəyişdirilə bilər. Belə olan halda malın dəyişdirilməsi ilə bağlı daşınma və yeni malın quraşdırlması xərcləri Alıcı tərəfindən ödənilir.

    6.3. Alıcının evində artıq quraşdırılmış malın, malda qüsurların olması səbəbi istisna olmaqla, dəyişdirilməsi və ya geri qaytarılmasına yalnız tərəflərin qarşılıqlı razılığı ilə yol verilir.

    6.4. Mal Alıcı tərəfindən 7 (yeddi) iş günündən artıq müddətdə geri qaytarıldıqda ondan Satıcının xeyrinə 50 AZN məbləğində cərimə tutulur.

     

    7. Tərəflərin məsuliyyəti

    7.1. Bu Müqavilə ilə müəyyən edilmiş öhdəliklər yerinə yetirilmədikdə tərəflər Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyırlar.

    7.2. Müqavilədən doğan mübahisələr tərəflər arasında danışıqlar yolu ilə həll olunur. Danışıqlar nəticə verməzsə, tərəflər mübahisənin həlli üçün məhkəməyə müraciət edə bilərlər.

     

    8. Müqavilənin müddəti

    8.1. Bu Müqavilə Alıcının onu təsdiq (aksept) etdiyi andan qüvvəyə minir və bir il müddətinə qüvvədə qalır.

     

    * Qeyd

    Hazırki müqavilənin 6.1-ci bəndində qeyd olunan məhsulun geri qaytarılması xərclərinə aşağıdakılar daxildir:

    –           Satıcının banka ödədiyi 2% komisyon haqqı;

    –           Malın ümumi dəyərinin 10% həcmində olan daşıma xərci.

     

    Əlaqə üçün:

    Ünvan: “Diamond Group Azərbaycan” MMC,  Azərbaycan Respublikası, Sumqayıt şəhəri, 12 Mikrorayon, ev 1, mənzil 20, AZ 5006