Sıx Soruşulan Suallar

Ümumi

Niyə istehsal qiymətinə mebel satırsınız? Keyfiyyətsiz mebeldir?

Ona görə ki, biz Diamond Group Azərbaycan MMC şirkəti olaraq fəlsəfəmiz bu şəkildədir ki; Minimal xərc, Minimal məhsul qiyməti. Biz bu prinsiplə daha çox müştəriyə çatacağımızı və istehsal həcmimizin daim yüksək ədədlərdə olacağına inanırıq. Məsələn, reklam büdcəmizin çox az olması, bütövlüklə istehsal bacarığımızın yaxşılaşdırılması və daha müasir sistemlərin tətbiqi sahəsində düşünürük. Xatırladaq ki, Siz çox vaxt əsl mebelin qiymətini yox, onun etiketinin reklam xərci yükünün Sizin üstünüzə düşən payını ödəyirsiniz. Biz isə, keyfiyyətimizlə adımızdan söz etdirmək əzmindəyik. Keyfiyyət barədə onu deyəbilərik ki, biz istehsal etdiyimiz mebellərə ən az 2 il zəmanət veririk. Bu isə bizim mebelin  keyfiyyət tələblərinə cavab verdiyi və çox zaman bu tələbdən də yaxşı göstəricilərə sahib olduğunu sübut edir.

Sizin öz modelləriniz niyə yoxdur?

Bəli, pərakəndə sektorda yeniyik. Daha əvvəldən və hələ də korporativ istehsal sahəsində fəaliyyət göstəririk. Məhz bu səbəbdən, müştərilərimiz daim tələb etdiyi mebelin texniki ölçülərini təqdim edirlər. Lakin xatırladaq ki, biz ölkədə fabrik keyfiyyətində, individual mebel istehsal edən çox nadir şirkətlərdən biriyik. Sizcə də, “İstehsal qiymətinə mebel satışı” mükəmməl fürsətdir. Elə deyilmi? Xatırladaq ki, Fabrikdən Evə müştərilərinə maksimum dərəcədə azadlıq və uyğun qiyməti təmin etməyi özünə ən vacib missiya olaraq qəbul edib.

Sifarişləriniz niyə gecikir?

Bəli, təqribən 13-17% sifarişimiz ən az 2, ən çox 7 iş günü gecikir. Bu isə, məhz bizim mükəmməllik tələblərimizdən irəli gəlir. Necə? Məsələn, sifarişlər mütəmadi günlük/həftəlik planla istehsal olunur. Müştəriyə təslim tarixi bu səbəbdən əgər bu məhsul istehsal planında yoxdursa, 4-7 saat ərzində məlumat veriləbilir. Biz xüsusiylə, boya tələb edən sifarişlərdə hər hansı işçi, ətraf mühit və material səbəbiylə yaranmış kiçik problemdə belə mebeli təslim etmirik. Bu isə, yenidən mebelin istehsalı yaxud hissə bərpası kimi məsələlərə səbəb olur. Ümumilikdə isə, 60% gecikmələrin səbəbi yenidən istehsal səbəbiylə yaranır. Biz bu gecikmədən dolayı məyus olsaq da, keyfiyyət ehtirasımız Diamond olaraq necə də dəyərli iş ortaya qoyduğumuzu sübut edir.

Kreditlə mebel satışınız var?

Təəssüf ki, kreditlə mebel satışımız mövcud deyildir. Ancaq, biz müştərilərimizə belə bir ehtiyacı hiss etdirmirik. Çünki, suni qiymət artışlı mebellərdən uzaq, qat-qat keyfiyyətli ancaq uyğun qiymətə mebel satdığımız üçün müştərilərimiz nəğd ödəniş edərək, bizə dəstək olmağı unutmurlar. Fabrikdən Evə yaxşı parça, keyfiyyətli işçilik və quraşdırma xidmətinin bir arada olduğu mebeli niyə həqiqi qiymətindən ən az 2 dəfə baha alsın ki? Bizi yaxından tanımağa sizi dəvət edirik.

Sizin işçiləriniz də dost-tanışdır? Usta işləmək istəyirəm, müəssisə tapa bilmirəm. Mənə köməklik edərsiniz?

🙂 Bəli, yaxın insanlarla işləmək işin daha sürətli başa çatması, gözəl bir komanda abu-havası deməkdir. Lakin, heç vaxt təcrübəli və insani keyfiyyətləri normal səviyyədə olan işçilərə qarşı biganə qalmamışıq. Bizimlə telefon, whatsapp yaxud e-poçt üzərindən əlaqə saxlayabilərsiniz. “Onların heç biri mənə görə deyil. Mən sənətkaram” deyirsinizsə birbaşa fabrikə üz tutabilərsiniz. Hər zaman komandamızda, ‘yaxşı’ əməkdaşa əlavə 1 yer var. 🙂 Xoş gəlmisiniz.

Texniki

LDSP nə deməkdir?

Açıq rəf — Kitabxanalarda və mağazalarda kitabların və malların asanlıqla seçiləbilməsini, görünəbilməsini təmin etmək üçün hazırlanan dolab. Bu dolabları ev şəraitində də istifadə etmək mümkündür.
Demontaj mebel — Sökülüb təkrar montaj ediləbilən şəkildə istehsal olunmuş mebel.

DVP — ağac lifindən olan kütlənin isti preslənməsi prosesində xalça şəklində formalaşdırılan təbəqəli material. Bu lifləri ağac xammalını xırdalamaqla və buxara verməklə almaq mümkündür. Xammal olaraq taxta—şalban hazırlanma prosesindən qalmış qalıqlar, texnoloji yonqarlardan və oduncaq ağaclar istifadə edilir. 

DSP — İsti preslə preslənmiş ağac hissəciklərindən ibarət çoxlaylı materialdır. DSP lövhəsi ən sərt tələblərə uyğundur— daxili boşluqlar, çatlaqlar kimi çatışmazlıqları yoxdur. Ən əhəmiyyətli keyfiyyətləri sırasında yüksək davamlılıq, sərtlik, təktərkiblilik, emalda yumşaqlıq, mismar və şurupları möhkəm saxlama qabiliyyəti vardır.

Düşmə Qapaq— İki yan tərəfindəki millərin köməyi ilə dönərək açılan və üfiqi vəziyyətdə durduqda masa kimi də istifadə olunabilən mebel qapağı.
Finischfolie — Teksturalı incə lövhədən hazırlanmış və səthi cila ilə örtülmüş təklaylı materialdır.

Karniz— Mebel kompozisiyasını tamamlayan, hər hansı profil və ya bir neçə profildən hazırlanan xətt elementidir. Karnizin bayır tərəfə çıxıntısı olur. Adətən karnizin üstündə attik və ya fronton yerləşdirilir.

Klass E1 — DSP-nin keyfiyyət standartıdır. Bu o mənaya gəlir ki, həmin məhsulun hətta tibbi mebelin hazırlanmasında da istifadə edilməsi mümkündür (zərərli maddələrin, xüsusilə kanserogen formaldehid fenolu maddəsinin çıxarılmasına nəzarət standartı)

Laminat — Kağız laylı dekorativ materialdır. Laminatın növləri— (High Pressure Laminat) — mərtəbəli presslərdə hazırlanan yüksək təzyiqlə preslənmiş üzlük materialıdır. CPL (Contiuous Pressure Laminat) — lentli presslərdə hazırlanan aşağı təzyiqlə preslənmiş üzlük materialıdır.

Laminə edilmiş DSP/MDF — Melamin hopdurulmuş xüsusi dekorativ kağız örtüklü lövhədir (ona görə bəzən ona melamin lövhəsi deyirlər). Laminatlı lövhənin yüksək istehlak xüsusiyyətləri vardır— termodayanıqlıdır, nəmə davamlıdır, sürtülməyə və digər zədələrə qarşı dayanıqlıdır.

Marketri (şəbəkə) — Şpon hissəciklərindən yığılmış dəstdir. Məğzində biri—birinin üstünə qoyulmuş material laylarının üzərində eyni zamanda həm fonun həm də haşiyənin elementləri oyulma işi durmuşdur.

MDF — Medium Density Fiberboard ifadəsinin qısa halıdır. Orta sıxlığa malik taxta lifli lövhə mənasını verir. MDF lövhələr ağac liflərindən hazırlanır. Bu da lövhələri ekoloji baxımdan qiymətli edir.  MDF lövhələri çox möhkəm və sıx olur, rənglənmək və ya laminə edilmək üçün idealdır.

Laminə etmək — Lövhələrin və ya hissələrinin xüsusi kağız plyonka ilə üzlənməsi prosesidir. Laminə ancaq isti preslərdə üzlük materialın lövhəyə yapışdırılması şəklində həyata keçirilir. Presləmə temperaturu 190 — 210 C, presləmə müddəti 30—40 saniyədir. Laminə edilmiş lövhə mexaniki, kimyəvi təsirə qarşı yüksək dayanıqlıdır.

Postforminq — Üzlük materiallarının mebel hissələrinin kənarlarına yapışdırılması prosesidir.

Pressforminq — MDF lövhələrinin işlənmə texnologiyasıdır. Bu texnologiya vasitəsilə lövhənin üzərinə dekorativ relyef vurulur.

PVC —Üzlük material kimi istifadə olunur. Bu material formaya salındıqdan sonra təkrar emal olunma xassəli termoplastlar qrupuna daxildir. Plimer plyonkalar müxtəlif rənglərdə, çap və ya relyef şəkillərlə, mat və ya parlaq səthə malikdir. Uzunömürlüdür; sirkə turşusu, etil spirt, qələvilərə qarşı dayanıqlıdır; tərkibində insan sağlığına zərli maddələr yoxdur.
Softforminq — Mebel fasadlarının hazırlanması üçün istifadə edilən laminə edilmiş DSP—lərin hazırlanması texnologiyasıdır.

Tekstura — Hər hansı parçanın, materialın daxili strukturu, quruluşu əsasında onun səthinin xüsusiyyəti haqda məlumat verir. Tekstura materialın obyektiv fiziki və kimyəvi xassələri ilə müəyyən edilir və bununla da fakturadan seçilir.

Temperlənmiş şüşə —Qoruyucu şüşə tipinə daxildir. Standart şüşə paketləri qırıldığında xırda parçalara parçalandığı zaman teperlənmiş şüşələr onlardan 4—5 dəfə daha etibarlıdır və qırıldığı zaman təhlükə yaratmır.

Trek (yönləndirici) — Kupe dolablarda istifadə olunan xüsusi relslərdir. Həmin relslər vasitəsilə kupe—dolabın diyircəklər üzərində yerləşdirilmiş qapıları hərəkət edir, açılıb bağlanır.

Vitraj— Rəngli şüşədən və ya digər işıq keçirən materialdan hazırlanmış dekorativ incəsənət əsəridir.  Adətən vitrajlardan pəncərələr, şüşəli qapılar, şəffaf arakəsmələr üçün istifadə edilir. Vitrajdan keçən işıq şüaları vitrajın rəngini alır və interyerdə xüsusi emosional abı hava yaradır.

İstehsal etdiyiniz mebellərin standardı varmı? Etibarlı olduğuna necə əmin olabilərik?

Hazırda, keyfiyyət standartları barədə sertifikat almağa hazırlaşırıq. Bildiyiniz kimi bu proseslər olduqca uzun müddət tələb edir. (240 günə qədər) Ümumilikdə, şirkətimizin istehsal etdiyi heç bir mebeldə sınma,çatlama kimi mexaniki problemlər yaşanmamışdır. Bununda səbəbi, yaş taxta əvəzinə həmişə quru taxtadan mebel istehsalına üstünlük vermişik. İstehsal daxilində, xammaldan istifadə ediləbiləcək hala gələnə qədər  material ən az 7 yoxlanışdan keçir. Bu səbəblə, zəmanətli mebellərimizi tam rahatlıqla istifadə edəbilərsiniz. Əlbəttə ki, hər zaman istehsal sahəmiz Siz dəyərli müştərilərimizin üzünə açıqdır.

Mebellərinizə neçə ilə zəmanət verirsiniz?

Mebellərimizə növündən asılı olaraq zəmanət müddəti dəyişkənlik göstərir. Bu hərhansı mebelimizin daha keyfiyyətli, digərinin keyfiyyətsiz olması mənasına gələbilməz. Bəs fərq nədən yaranır? Belə ki, hər bir materialın yorulma (yaşlanma) gerçəyi var. İstər statik, istərsə də dinamik halda olan mebelin müəyyən müddət sonra istifadəyə yararsız hala gələcəyi təbiətin gerçəyidir. Məsələn, stul, çarpayı, uşaq mebellərinə qiymət həddi qoymadan, xüsusi qaydada keyfiyyətli olması məhz riskin 1%-dən də az olması tələbindən qaynaqlanır. Əlbəttə ki, bu mebelin qiymətinə də öz təsirini göstərir. Lakin, tumba, çalışma masası kimi mebellərdə bu ehtimalın 5-7% arasında olması məqbul hesab edilir. 

Mebel boyalarının xərçəng xəstəliyinə səbəb olan növlərindən istifadə edirsiniz?

Sizinlə bu barədə razıyıq. Məhz  ona görə ki, MDF, dəmir və digər materialların boyanması mərhələsində olduqca kəskin qoxulu, hətta insan sağlamlığına zərərli qazlar ortaya çıxır. Bu isə birbaşa əməkdaşımızın, iş təhlükəsizliyinə riayət etməməsi halında ciddi nəticələrə çıxara bilər. Lakin, mebellərimizin boyanması, xüsusi mühitdə qurudulması sonrası müştərilərimiz üçün heç bir sağlamlıq təhlükəsi yarada bilməz.

Saytınızda endirim, kampaniyalar mütəmadiyən yayınlanır, yoxsa sosial şəbəkələrdən yayınlanır endirimlər vs?

Saytımız hər zaman bütün kampaniyalarımızın ilk yayım yeridir. Bununla belə, sosial şəbəkələrə xas endirimlərimiz də mövcuddur. Bizi oradan da izləməyinizi tövsiyə və xahiş edirik. 🙂

Saytda cookie-fayllar və digər analoji texnologiyalardan istifadə olunur.